Haqqımızda
Checkit – Sizin ehtiyacınız, bizim həllimiz!
Check IT
Checkit Azərbaycanda informasiya texnologiyaları, elektronika və texnoloji avadanlıqların satışı sahəsində fəaliyyət göstərən şirkətdir. Əsas fəaliyyət istiqamətlərimizə İT məhsulları, kompüter və periferik avadanlıqlar, şəbəkə avadanlıqları, eləcə də müxtəlif texnoloji məhsulların pərakəndə və topdan satışı daxildir.
Şirkət olaraq əsas məqsədimiz müştərilərimizin ehtiyaclarını düzgün müəyyənləşdirmək, onların tələblərinə və büdcələrinə uyğun texnoloji məhsul və həllər təklif etməkdir.
Fəaliyyət prinsipimiz
Checkit olaraq inanırıq ki, uğurlu satış sadəcə məhsul təqdim etməkdən ibarət deyil. Əsas məsələ müştərinin ehtiyacını anlamaq və ona ən uyğun həlli təklif etməkdir.
Bizim əsas yanaşmamız məhsula uyğun müştəri axtarmaq deyil, müştərinin ehtiyacına uyğun məhsul tapmaqdır.
Hər bir müştərinin tələblərini, büdcəsini və istifadə məqsədini nəzərə alaraq uyğun məhsul və alternativlər təqdim edirik.
Korporativ müştərilər üçün
Korporativ alışlarda sərfəli qiymət, düzgün məhsul seçimi və etibarlı təchizat tərəfdaşı axtarırsınızsa, Checkit doğru ünvandır!
Şirkətlərin və təşkilatların texnoloji ehtiyaclarını nəzərə alaraq fərdi təkliflər hazırlayır, tələb olunan məhsulların seçilməsi və təmin edilməsi prosesində dəstək göstəririk.
İstər gündəlik ofis ehtiyacları, istərsə də genişmiqyaslı İT və şəbəkə avadanlıqları təchizatı olsun, məqsədimiz müştərilərimizə ehtiyaclarına uyğun və sərfəli həllər təqdim etməkdir.
Fəaliyyət istiqamətlərimiz
- Kompüterlərin və kompüter periferik avadanlıqlarının pərakəndə və topdan satışı
- İT və şəbəkə avadanlıqlarının satışı
- Printer, monitor, klaviatura, siçan və digər kompüter avadanlıqlarının təmiri və texniki xidməti
- Kompüter və hesablama avadanlıqlarının icarəsi və lizinqi
- Malların saxlanması və anbar xidmətləri
- Məişət elektrik avadanlıqlarının pərakəndə satışı
- Reklam və çap xidmətləri
- Kommersiya və idarəetmə sahəsində digər fəaliyyətlər
Missiyamız
Müştərilərimizin texnoloji ehtiyaclarını anlamaq, düzgün məhsul və həllər təqdim etmək, sərfəli alış imkanları və etibarlı əməkdaşlıq vasitəsilə onların məmnuniyyətini təmin etmək.
Checkit – Sizin ehtiyacınız, bizim həllimiz!
Əlaqə Məlumatları
Hüquqi ünvan
AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 116, mənzil 1
Telefon
055 400 19 19Fəaliyyət dövrü
Mağaza: 2015-ci ildən
Check IT MMC: 2022-ci ildən